"Bu cür paylaşımlar ölkəmizə ziyan vurur, biləsiniz"
"Sosial şəbəkələri ona görə bağladılar ki, vətəndaşlar şayiə yaymasınlar. Hər kəs bir yol tapıb sosial şəbəkədən istifadə edir. Amma, bilin ki, yalan, şayiə və yoxlanmamış məlumat yaymaqla düzgün etmirsiniz".
Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev deyib.
O, əlavə edib ki, təsdiqini tapmamış məlumatları yaymaq millətə mənfi təsir edir:
"İnsanlarda gözlənti yaradıb, sonra ümidlərini qırırsınız. Bu milli birliyimizi pozur. Bu cür paylaşımlar ölkəmizə ziyan vurur, biləsiniz".