Tramp iyulun 7-də Qəzzada atəşkəs elan edə bilər

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında atəşkəsin elan olunduğunu iyulun 7-də açıqlaya bilər.
Mozalan.az APA-ya istinadən xəbər verir ki, bu barədə "The National" nəşri məlumat yayıb
Nəşrin mənbələrə istinadən yazdığına görə, İsrail və HAMAS nümayəndələrinin iştirakı ilə aparılan dolayı danışıqlarda tərəflər bəzi mühüm parametrlər üzrə razılığa gəlsələr, Tramp müvəqqəti atəşkəs elan edəcək.
Planlaşdırılan bəyanatda HAMAS-a silahları yerə qoymaq və bütün girovları azad etmək çağırışı da yer alacaq.