“Solovyovlar Rusiyanı öz qardaş xalqları ilə də düşmən edirlər”
Məlum olduğu kimi, Rusiyanın təklifi ilə Moskvada Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında Qarabağ cəbhəsində davam edən əməliyyatlarla bağlı görüş keçirildi və nəticədə humanitar atəşkəs elan edilməsi ilə bağlı razılıq əldə olundu. Həmin razılığa əsasən, oktyabrın 10-u saat 12:00-dan etibarən Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) meyarlarına uyğun və vasitəçiliyi ilə əsirlərin və digər saxlanılan şəxslərin, eləcə də həlak olanların meyitlərinin dəyişdirilməsinə başlanılmalı idi.
Lakin Ermənistan tərəfinin xahişi ilə elan edilmiş humanitar atəşkəs, elə Ermənistan tərəfindən də pozuldu və işğalçı ölkə mənfur siyasətini Gəncə şəhərində terror törətməklə göstərmiş oldu. Bir sözlə, humanitar atəşkəs elan edilsə də, Ermənistan öz riyakarlığını davam etdirdi və bu riyakarlıq hələ də davam edir.
Maraqlı məqam isə ondan ibarətdir ki, humanitar atəşkəsin elan edilməsindən sonra Rusiya kütləvi informasiya vasitələrinin (KİV) də münasibəti dəyişdi. Belə ki, sentyabrın 27-də Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına start verəndə, Rusiya tərəfi proseslərə müdaxilə etmədiyini elan etməklə yanaşı, rus mediası da balanslı yanaşmanı qorumağa çalışırdı. Lakin humanitar atəşkəsin imzalanmasından sonra Rusiya KİV-ləri balansı pozdu və Azərbaycan əleyhinə ənənəvi mövqeyini bərpa etdi.
Mövzunu AYNA-ya dəyərləndirən politoloq Tofiq Abbasov hesab edir ki, bütün bunlar ermənilərin rus mediasına təsirləri ilə bağlıdır: “Bugünlərdə Prezident İlham Əliyev Rusiyanın RBK televiziyasına müsahibəsində Rusiya mətbuatında Azərbaycana qarşı iyrənc təbliğat getdiyini vurğulamışdı. Təsəvvür edin ki, Rusiya televiziyasına bir nəfər azərbaycanlı dəvət olunan kimi, dərhal təkləməyə başlayır və ona hücum edilir. Çünki faktiki olaraq Rusiyanın iki tezisi var. Bir tərəfdən İlham Əliyevin yaxşı diplomat və güclü dövlət xadimi olduğunu deyir, digər tərəfdən isə Azərbaycanın davranışların tənqid edirlər. Bununla da özləri-özlərini təkzib edərək, niyyətlərini ortaya qoyurlar”.
Politoloq Rusiyanın Türkiyə Ordusunun Azərbaycana gəldiyini və Ermənistana qarşı vuruşduğunu bildirməsini tənqid edib: “Halbuki, özləri də yalan danışdıqlarını bilirlər. Lap tutaq ki, Türkiyə Azərbaycana gələrək öz maraqlarını nümayiş etdirir. Məgər, Türkiyənin buna haqqı yoxdur? Türkiyə bizim regionla həmsərhəd dövlətdir, G-20-ə daxildir, dünyada vacib ölkələrdəndir və bütün ərazi perimetrləri ətrafında, yəni istər Aralıq dənizi, istər Yaxın Şərq, istərsə də Cənubi Qafqazda özünəməxsus maraqları var. Məgər, maraqları ifadə etmək, maraqları uğrunda mübarizə aprmaq 5-6 ölkəyə məxsusdur? Belə şey ola bilməz, çünki artıq dünya dəyişir. Bunlar isə dəyişən transformasiyaları görmürlər”.
“Son günlər Rusiya telekanallarında yayımlanan bəzi verlişlərdə də görmək olar ki, onlar öz ölkələrinin dərin böhran içində olmasını ört-basdır etmək üçün günahı başqalarının üstünə atmağa çalışırlar. Bu dövlətlər içində də Türkiyə və post-sovet məkanındakı dövlətlər xüsusi yer tutur. Bu verlişlərdə, xüsusən də post-sovet məkanında yaşayan ölkələrin adlarının dəyişdirilməsi ilə bağlı təkliflər edilir. Guya ki, həmin xalqlar ad seçimində bunlardan icazə almalıdır. Təbii ki, çox böyük səhv edirlər. Vaxtında həmin torpaqları nəzarətdə saxlaya bilməyiblər deyə, Mixail Qorbaçov kimi satqınlar 20 Yanvar faciəsini törətdiyi üçün, bütün günahları digər xalqların üstünə atırlar. Çünki qlobal transformasiyaları görə bilmir, görsələr də, barışmaq istəmirlər. Ona görə də həmin ölkələri özbaşına buraxdıqlarını deməklə, niyyətlərini nümayiş etdirirlər”, - Abbasov vurğulayıb.
O, Rusiyanın vaxtı ilə nəzarət etdiyi ölkələrin müstəqilliyini tanımağa məcbur olduğunu da əlavə edib: “Çünki bu dövlətlər həm de-fakto, həm də de-yure mövcuddur. Sadəcə post-imperiya sindromu onlara bununla barışmağa imkan vermir və ona görə də qəbul edə bilmirlər. Son günlər ərzində mən bir çox Rusiya telekanallarına dəvət alıram. Lakin artıq həmin kanalların təkliflərini rədd edirəm. Çünki bizə lazım olanda bizi eşitmirlər, amma indi bunlara lazımıq deyə, bizə məcbur olublar. Ona görə də onları rədd etmək lazmdır. Çünki Azərbaycanın əks-hücum əməliyyatları öz axarı ilə davam edir və qələbə əldə edəndən sonra da bütün mənzərəni dəyişməliyik. Əslində, elə Ermənistan Rusiya kanallarının fəaliyyətinə qadağa qoymaqda düz edib. Onlara belə cavab vermək lazımdır. Amma Azərbaycan bunu etmirsə, özlərinin etiraf etdiyi kimi, Azərbaycanda 400-ə yaxın rus məktəbi varsa, bizə verilən qiymət budur? Ona görə bizi təhqir edirlər? Ona görə də proseslər bitəndən sonra bu məqamlara da qayıdıb korrektələr etməliyik”.
Müsahibimiz Rusiyanın dəyişən kəskin mövqeyini Azərbaycanda Türkiyəyə artan yüksək münasibətlə də əlaqələndirib və bunun Rusiyada qıcıq yaratdığını qeyd edib: “Vladimir Solovyov kimi sionistlər başqa xalqları bir-birinə düşmən etməkdə maraqlıdır. Bir var sağlam təfəkkürlü yəhudi, bir də var sionist. Məhz bu sionistlərin ucbatındam Ukrayna və Rusiya kimi iki qardaş xalq bir-birinə düşmən oldu. Az qalmışdı ki, Belarusla da münasibətləri pozsunlar. Gürcüstanla eyni dinə, yəni xristian-provoslav dininə qulluq etsələr də, düşmən oldular. Çünki sağlam təfəkkürə malik deyillər və qardaş xalqların həmrəyliyini qəbul edə bilmirlər. Belə olan halda Azərbaycanda Rusiya bayraqları nə üçün təbliğ edilməlidir? Bizə arxadan zərbə vurduqları üçün? Ermənistana pusluz silah-sursat göndərdikləri üçün? Onlar bizim onlara etdiklərimizin qiymətini vermədikləri halda, hələ bizdən tələb də edirlər. Çünki bu məsələlərin hamısının mənbəyində sionist təfəkkür və rus şovinizmi dayanır. Həmçinin, post-imperiya sindormunu da dəf edə bilmirlər. Təbii ki, bu, onların öz problemləridir və özləri bilərlər. Bizi maraqlandırmır”.