Jul 04

İsrail ordusu daha bir "Hizbullah" komandirini ÖLDÜRDÜ

İsrail Müdafiə Qüvvələrinə (IDF) aid pilotsuz uçan aparat Beyrutun cənubunda magistral yolda hərəkət edən avtomobilə zərbə endirib.

Mozalan.az xəbər verir ki, bu barədə "Əl-Jadeed" TV məlumat yayıb.

Telekanalın məlumatına görə, hücum nəticəsində "Hizbullah" təşkilatının silahlı qanadının komandirlərindən biri öldürülüb.

Həmçinin bildirilib ki, insident Xalde şəhərətrafı qəsəbəsində, avtomobil yollarında baş verib. Zərbənin vurduğu avtomobil yanıb.

Telekanalın mənbələrinə görə, məhv edilmiş komandir "Hizbullah" rəhbərliyində İslam İnqilabı Keşikçiləri Korpusuna daxil olan Əl-Qüds xüsusi təyinatlı dəstəsi ilə qarşılıqlı əlaqəyə cavabdeh olub.

Bənzər xəbərlər

Gündəm

0.019997119903564