Jul 02

İsrail Yəmənə yeni zərbələr endirəcək

İsrail Yəmənə yeni zərbələr endirmək niyyətindədir.

Mozalan.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz husilərin nəzarətində olan "Ənsar Allah" hərəkatı tərəfindən növbəti raket hücumundan sonra bəyan edib.

"Tehranda ilanın başına zərbə endirdikdən sonra biz həmçinin Yəməndə ilanın quyruğuna da zərbə endirəcəyik. İsrailə əl qaldıran hər kəsin əli kəsiləcək", - o, X sosial şəbəkəsində yazıb.

Daha əvvəl İsrail ordusunun mətbuat xidməti hərbçilərinin Yəmən tərəfindən yəhudi dövlətinə doğru yeni raket buraxılışını qeydə aldığını bildirmişdi. Ardınca İsrail Hərbi Hava Qüvvələri Yəməndən buraxılan raketi zərərsizləşdirib.

Bənzər xəbərlər

Gündəm

0.021190881729126