Jun 28

Mossad agentləri nələr tapıblar? - İllərlə İranda casusluq ediblər

İsrail 2010-cu ildə İrana qarşı əməliyyat hazırlıqlarına başlayıb. Mozalan.az xəbər verir ki, bu barədə Britaniyanın "The Times" qəzeti İsrail kəşfiyyat xidmətlərinin sənədlərinə istinadla məlumat yayıb. Bildirilir ki, İsrail casusları əməliyyatdan bir neçə il əvvəl İranda nüvə proqramı və raket layihəsinin mərkəzinə sızaraq gizli məlumatlar toplayıblar. Bu, İranda silah sənayesinin əvvəlki ehtimallardan daha inkişaf etmiş olduğunu müəyyən etməyə imkan verib.

Casuslar Tehran və İsfahandakı üç obyektdə uranın zənginləşdirilməsi üçün sentrifuqa istehsalının dəqiq yerini müəyyən ediblər. Həmçinin Natanzdakı obyekt barədə ətraflı məlumat toplayıblar — yeraltı tikililər, enerji infrastrukturu, transformator stansiyası, ventilyasiya və soyutma kanalları daxil olmaqla.

İsrail xüsusi xidmətlərinin məlumatına görə, 2024-cü ilin sonuna qədər İran “tədqiqat mərhələsindən” nüvə silahı hazırlama mərhələsinə keçib.

Qeyd olunur ki, İran “yer-yer” tipli uzaqmənzilli raketlərin istehsalını ildə 1000 ədədə qədər artırmağı planlaşdırıb. Bu tip silahların ümumi ehtiyatının 8000 ədədə çatdırılması nəzərdə tutulub. Qəzetin ekspertlərinin fikrincə, münaqişənin başlanğıcında İranda 2500-ə qədər ballistik raket mövcud olub.

Bundan əlavə, İsrail agentləri İrandakı bütün raket proqramı ilə bağlı obyektləri ziyarət edib, daha sonra həmin obyektlər İsrail tərəfindən vurulub.

Mozalan.az

Bənzər xəbərlər

Gündəm

0.021159887313843