Jun 27

Sançes AB-ni sərt tənqid etdi

İspaniyanın Baş naziri Pedro Sançes AB-ni Rusiya və İsrailə qarşı sanksiyalarla bağlı qeyri-ardıcıl siyasətinə görə tənqid edib.

Mozalan.az xəbər verir ki, o, bu barədə Avropa Şurasında çıxış edərkən deyib.

Sançez AB-nin Rusiyaya qarşı 18 sanksiya paketi tətbiq etdiyini, lakin İsrailin müqavilənin insan haqları ilə bağlı maddələrini ciddi şəkildə pozmasına baxmayaraq, Təl-Əvivlə əməkdaşlığı davam etdirdiyini bildirib:

"Biz İsrailə qarşı eyni şeyi etmədikcə, Rusiyaya qarşı 17 sanksiya paketi tətbiq etməyin mənası yoxdur. Avropa ikili standartlar tətbiq edir və hətta İsraillə tərəfdaşlıq sazişini dayandıra bilməz".

Bənzər xəbərlər

Gündəm

0.020236015319824