Jun 23

İsrail Müdafiə Qüvvələri Tehran sakinlərinə çağırış edib

İsrail Müdafiə Qüvvələrinin Mərkəzi Komandanlığı Tehran sakinlərini hərbi obyektlərə yaxınlaşmamağa çağırıb.

Mozalan.az APA-ya istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin fars dilində fəaliyyət göstərən “X” hesabında paylaşım edilib.

Bu çağırış Tehranda yaşayanların şəxsi təhlükəsizliyi ilə izah edilib:

“Şəxsi təhlükəsizliyiniz üçün sizdən silah istehsalı müəssisələri, hərbi qərargahlar və təhlükəsizlik qüvvələrinə aid strukturların binalarına yaxınlaşmamağa çağırırıq”, - paylaşımda bildirilib.

Bənzər xəbərlər

Gündəm

0.022017955780029