Sep 19

Ağcəbədidə vətəndaşın maşınından polislər pulunu aparıb, özünü də döyüb şil-küt ediblər-VİDEO

3-4 il qabaq İlham Əliyev ölkədəki məmur özbaşınalığı ilə bağlı çıxışında onlara xəbərdarlıq etdi. Bu tənqidin içində bəzi polis məmurları da yer alırdılar. Polis olmaq vətəndaşlar və dövlət qarşısında ikiqat məsuliyyət daşımaq deməkdir. Ona görə ki, polis bir yandan qanunların keşiyində durmalı, digər yandan vətəndaşları qorumalıdır. Ancaq, bəzi polis məmurları bu iki qanunu bilmirlər.

Maşından pulu kimi oğurlayıb?

Məlumdur ki, dövlət son illərdə polisin maddi-texniki bazasının yenilənməsinə,əmək haqqlarının artmasına milyonlarla pul xərcləyib. Qonşu dövlətlərdə bizim polisin, xüsusilə yol polisinin təminatına həmkarları ancaq həsəd apara bilər.
Ancaq korrupsiya və rüşvət yox edilibmi?
Vilayət Eyvazov daxili işlər naziri təyin ediləndən korupsioner kadrları təmizləməklə məşğuldur. Hələ də tam bu işi başa çatdırmayıb.
Ağcəbədi rayonundan elə bir xəbərlər gəlir ki, təəcüblənməyə bilmirsən. Yol polislərinin belə özbaşınalığı birbaşa dövlətçiliyə təhdiddir, vətəndaşları mövcud iqtidardan narazı salmaqdır.
Vətəndaş Ələsgərov Bayram İslam oğlu Azerinfo.tv-yə bildirib ki, 07.15.2020 tarixdə Ağcəbədidə yol polisi onun oğlu Ələsgərov Elməddin Bayram oğlunun idarə etdiyi 04 BM 240 dövlət nömrə nişanlı , “Niva” markalı avtomobili saxlayıblar. Həmin vaxt Elməddinin avtomobili idarə etməyə sürücülük vəsiqəsi olmayıb. 21 yaşlı gənci polis maşınına əyləşdiriblər, “Niva”-nın sükanı arxasına polis əməkdaşı keçib.
Elməddin Əsgərov deyib ki, maşının “bardaçok”unda 3200 manat pul var. Maşını cərimə meydançasına aparın, amma imkan verin pulu götürüm. Polis deyir ki, rəis icazə vermir. Şöbəyə çataq götürüb verərlər.
Həmin vaxt 632 nömrəli yol polisi maşınında 3 əməkdaş olub.
Bu hadisə səhər saat 08.20 radələrində olub.
Xəbər çatan kimi şikayətçi Bayram Ələsgərov fermadan birbaşa yol pilisinin binasına yollanır. Pulu tələb edəndə deyirlər rəisi gözlə. Saat 12.30-dək gözləyir. Yol polisi rəisi Qafur Verdiyev gəlib çıxmır.
Vətəndaş məcbur fermaya qayıdır və axşam 19 radələrində yenidən rəisin qəbuluna gəlir.
Söhbət əsnasında Ələsgər Bayramova deyir ki, maşında axtarış etmişik, pul çıxmayıb. Vətəndaş etiraz edir ki, sizing axtarış etməyə ixtiyarınız yox idi. Qfur Verdiyev isə bildirir ki, bizim hər şeyə ixtiyarımız çatır.
Bayram Ələsgərov yerli prokurora şikayət yazır. Prokuror Əliabbas Ağayevdən məktub gəlir ki, cinayət xarakterli olmadığına görə işə xitam verilir.
Təsəvür edirsiz rayondakı güc strukturlarının özbaşınalığını?
Nə kamera görüntüsünə baxılıb, nə əməkdaşlar,nə şikayətçi dindirilib.
3200 manat yoxa çıxıb. Respublika Prokurorluğu və DİN-ə yazılan məktublar hələ araşdırılmayıb.
17 sentyabr tarixdə həmin polis əməkdaşlarından biri, Aydın adlı şəxs Bayramın yolunu kəsərək deyib ki, guya onu telefona çəkirmiş. Gözünə, qarın nahiyyəsinə yumruqla zərbələr endirib. Telefonu əlindən alınıb. 5 sat şöbədə saxlayaraq döyüblər.Sonra məhkəməyə gətiriblər. Hakim vətəndaşı buraxıb ki, bunu sübutsuz, heç bir cinayət etmədən bura niyə gətirmisiniz.Yəni məhkəmə hakimi belə buna etiraz edib. Bayram Ələsgərov prokurora şikayət yazsa da onu həkim ekspertizasından keçirdib, aldığı xəsarətləri rəsmiləşdirməyiblər.
Şikayətçi deyir ki, bu Aydının ona ilk hədəsi deyil. Ayda bir dəfə qarşısını kəsib döyür ki, şikayəti dala götürüm.
Onu da qeyd edək ki, “Niva” hələ də cərimə meydançasında.


Qafur Verdiyevə 2 sual-fərqindəsənmi nə edirsən?

Azerinfo.tv bildirir ki, Qafur İsa oğlu Verdiyev Ağcabədi Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin rəisi 2019-cu ilin aprelində təyin edilib. Ramil Usubovun vaxtında.
Məsələ ilə bağlı onunla əlaqə saxladıq, qısaca dedi ki, qanuni protokol yazılıb.
Bu məsələni araşdıracayıq.
Ancaq bir-iki sualıçız var:
1. DYP əməkdaşı i dərhal göstəriş verir ki, sürücülük vəsiqəsi yoxdursa maşınını cərimə meydançasına aparsınlar. Bəs onda qanunun nəzərdə tutduğu saxlanılmanın səbəbinin aydınlaşdırılması üçün 3 saatlıq müddət nə üçündür? Həmin adam ağ yalan danışsa da, siz həmin 3 saata riayət etməlisiniz. Həmin vətəndaşın avtomobilini yolun kənarına çəkib sənədlərini gətirməsini, yaxud avtomobilin həqiqi sahibinin gəlməsini gözləmək nə problemdir?
2. Ən başkar qanun pozuntusu isə hərəkətdən kənarlaşdırılaraq mühafizə olunan duracağa qoyulan avtomobillərin DYP əməkdaşları tərəfindən sürülüb aparılmasıdır. Görəsən, həmin DYP əməkdaşlarına bu avtomobillərin sahibləri onların avtomobillərini sürməyə icazə verdilərmi? Süjetdə Amma qanun deyir ki, DYP əməkdaşı həmin avtomobili yalnız sahibi razı olduqda sürüb apara bilər. Əks təqdirdə, avtomobil evakuatora yüklənərək aparılmalıdır.

DYP-nin intizamsızlığa qarşı mübarizəsini birmənalı olaraq alqışlayırıq. Amma bu fəaliyyət qanunvericiliyin bütün normalarına ideal uyğun olmalıdır. Qanunun nümayişkaranə şəkildə pozulması ilə həyata keçirilən istənilən fəaliyyət ən ülvi məqsədlərə yönəlsə də, arzulanan deyil. Çünki belə halda həmin fəaliyyəti həyata keçirənin peşəkarlığı şübhə altına alınır, bütövlükdə DYP-nin nüfuzuna xələl gəlir.
Ağcəbədidə isə bütün polis sisteminin adına utanc gətirilib.
Qafur Verdiyev fərqindədirmi Vilayət Eyvazovun imicinə necə zərbə vurduğu?
Yazıda təqdim etdiyimiz videoda həmkarlarımızın Ağcəbədi yol polisi ilə bağlı tənqidi süjeti var. Yəni belə hallar rayonda kütləvi hal alıb.
Ağcəbədidə vətəndaşın maşınından polislər pulunu aparıb, özünü də döyüb şil-küt ediblər-VİDEO
Ağcəbədidə vətəndaşın maşınından polislər pulunu aparıb, özünü də döyüb şil-küt ediblər-VİDEO
Ağcəbədidə vətəndaşın maşınından polislər pulunu aparıb, özünü də döyüb şil-küt ediblər-VİDEO

 
 

Bənzər xəbərlər

Gündəm

0.027127027511597