Rusiya bizə hücum edəcək - NATO

Rusiya 5 il ərzində NATO-ya qarşı hərbi güc tətbiq etməyə hazır ola bilər.
Mozalan.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte deyib.
"Rusiya ordusunu Çin texnologiyası ilə yenidən qurur və gözlədiyimizdən çox sürətlə silah istehsal edir. Sursat baxımından Rusiya NATO-nun bir ildə istehsal etdiyini 3 ayda istehsal edir. Bu il isə 1500 tank, 3000 zirehli maşın və 200 "İsgəndər" istehsal etməsi gözlənilir. Rusiya 5 ilə NATO-ya qarşı hərbi güc tətbiq etməyə hazır vəziyyətdə ola bilər. Biz özümüzü aldatmamalıyıq, hamımız şərq cinahındayıq. Yeni nəsil rus raketləri səs sürətindən qat-qat yüksəkdir və Avropa paytaxtları arasındakı məsafə sadəcə dəqiqələrlə ölçülür. Artıq qərbi və ya şərqi Avropa yoxdur, sadəcə NATO var”, - Rutte bəyan edib.
Mürtəza
Mozalan.az