Jun 07

Tramp öz "Tesla" avtomobilini satmaq istəyir

ABŞ Prezidenti Donald Tramp qırmızı rəngli "Tesla" elektrik avtomobilini satmağı və ya hədiyyə etməyi planlaşdırır.

Mozalan.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.

Onların məlumatına görə, ABŞ lideri avtomobili 2025-ci ilin əvvəlində İlon Maskın şirkətinə dəstək məqsədilə alıb.

Prezidentin elektromobildən qurtulmaq niyyəti ilə bağlı söz-söhbətlər Tramp və Mask arasında fikir ayrılıqları fonunda yaranıb.

Hər ikisi iyunun 5-də sosial şəbəkələrdə qarşılıqlı sərt açıqlamalar veriblər.

Bənzər xəbərlər

Gündəm

0.01982593536377