Jun 04

Sudanda BMT-nin yardım karvanına hücum edildi - ölənlər var

Sudanda BMT-nin aclıq olan ərazilərə ərzaq aparan yardım karvanına hücum olub.

Mozalan.az ” xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondu və Dünya Ərzaq Proqramının birgə bəyanatında deyilir.

Bildirilib ki, hücumda beş nəfər öldürülüb və Şimali Darfurun əl-Fəşir bölgəsində aclıqla üzləşən uşaqlar və ailələrə ərzaq çatdırılmasının qarşısı alınıb.

"Konvoyun beş üzvü həlak olub, daha bir neçə nəfər yaralanıb. Xeyli yük maşını yandırılıb, mühüm humanitar təchizata zərər yetirilib", - birgə bəyanatda vurğulanıb.

Bənzər xəbərlər

Gündəm

0.024278879165649