Jun 03

İstanbul danışıqları Putinin taktiki qələbəsidir - ŞƏRH

“Gözlənildiyi kimi, Rusiya ilə Ukrayna nümayəndə heyətlərinin növbəti görüşü konkret olaraq yalnız hərbi əsirlərin dəyişdirilməsi barədə razılaşma ilə nəticələndi. Bəzilərinin ümid etdiyi kimi, atəşkəsin şərtləri və mexanizmi barədə heç bir razılaşma olmadı. Tərəflər atəşkəsin şərtləri barədə hələ görüş başlayana qədər mediaya sızdırılan məlumatları bir növ bir-birlərinə rəsmi təqdim etdilər. Əlbəttə, burada təcavüzkar Rusiyanın sürdüyü şərtlər daha ağır və Ukrayna üçün qəbul edilməsi faktiki qeyri-mümkündür. Təbii ki, bu barədə kifayət qədər məlumat verildiyindən həmin şərtlərin üzərində ətraflı dayanmaq istəməzdim”.

Bunu Mozalan.az -a açıqlamasında siyasi şərhçi Qulam Hüseyn Əlibəyli deyib.

O bildirib ki, görüş ərəfəsində tərəflərin qarşılıqlı raket və dron zərbələri, xüsusən də Ukraynanın həyata keçirdiyi əməliyyat cəlbedici görünsə də, müharibənin gedişində nəinki əsaslı dönüş yarada bilmədi, hətta danışıqların gedişinə əhəmiyyətli təsir etmədi: “Bundan başqa, Tramp administrasiyasının Rusiyanın irəli sürdüyü şərtlərin əksəriyyətini haqlı hesab etməsi də, ümumi nəticəyə təsir göstərən mühüm məqam kimi nəzərdən keçirilə bilər. Rusiya bu müharibədə ABŞ-in mövqeyini onun şirnikləndirilməsi kimi qəbul edib daha ağır şərtlər irəli sürür. Amerikanın “New York Times” qəzeti artıq danışıqların iki raundunun döyüş əməliyyatları dayandırılmadan baş tutmasını Putinin taktiki qələbəsi adlandırıb. Bu ayın sonunda keçirilməsi güman olunan növbəti görüşün də perspektivi dumanlı görünür”.

Mürtəza
Mozalan.az

Bənzər xəbərlər

Gündəm

0.02224588394165