Jun 02

Bəli, Ukrayna vurdu, onlarda alındı, amma... - Mixaylov

Rusiyanın onlarla strateji hərbi təyyarəsinin məhv edilməsi barədə yayılan məlumatlar reallığa uyğun gəlmir. Bəli, ziyan var, amma bu qədər təyyarənin zədələnməsi doğru deyil.

Mozalan.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Yevgeni Mixaylov dünən Ukrayna PUA-larının Rusiya aerodromlarına hücumunu şərh edərkən deyib.

“Bu, PUA-ların terror hücumudur. Bəli, əməliyyat baş tutub. Bəli, olan oldu. Biz nəticə çıxaracağıq, təhlükəsizliyi gücləndirəcəyik. Belə bir hücum bütün beynəlxalq ictimaiyyətə göstərdi ki, min dollarlıq təyyarənin yüz milyonluq təyyarəni məhv edə bildiyi halda həm terror hücumlarının, həm də müharibənin taktikası tamamilə dəyişib. Bu, əslində təkcə Rusiya üçün deyil, bütün dünya üçün elmdir. Dronlar dövrü gəlir. Rusiya mütləq ki cavab hazırlayır. Cavab adekvat, hətta daha artıq olacaq. Ukrayna infrastrukturuna zərbə dəhşətli olacaq”, - o bildirib.

Mixaylovun sözlərinə görə, bu, İstanbuldakı görüşə heç bir şəkildə təsir etməyəcək:

“Görüş baş tutacaq. Söhbət ondan gedir ki, Moskvanı qorxutmaq cəhdi birmənalı olaraq İstanbuldakı görüşdə Rusiya nümayəndə heyətinin mövqelərinin zəifləməsinə gətirib çıxarmayacaq. İndi biz daha sərt hərəkət edəcəyik və diplomatik cəbhədə, əməliyyat zonasında, döyüş xəttində hərəkətlərimizi gücləndirəcəyik. İstənilən halda danışıqlar lazımdır. Uşaqların Beynəlxalq Müdafiəsi Günündə baş vermiş terror aktına baxmayaraq, Rusiya bunu çox gözəl başa düşür. Belə qənaətə gəlirik ki, Kiyev rejimi mövcud olduğu formatda tamamilə məhv edilməlidir. Rusiya Ukraynanın tam denosifikasiyası və demilitarizasiyası və NATO blokuna qoşulmaqdan imtina prinsiplərindən geri çəkilməyəcək. Bu baş verməsə, Ukrayna beynəlxalq hüququn subyekti kimi mövcudluğunu dayandıracaq”.

Bənzər xəbərlər

Gündəm

0.021191835403442