Evini oğrular yardı, polisə şikayət etdi, evinə bir daha girib soydular-BAKIDA ŞOK
“Avropada vətəndaş cinayətə məruz qaldıqda, həyatı, yaxud əmlakı zərər gördükdə polisə güvənmir, ondan imdad gözləmir. Bilir ki, burada onun pozulmuş hüquqlarına biganə yanaşılacaq. Azərbaycanda isə insanlar ümid, güvənc yeri kimi polisə müraciət edir, hüquqları da qorunur, cinayətkar da lazımi cəzasını alır.
Avropada malı, əmlakı oğurlanan şəxsi polis məsuliyyətsizlikdə ittiham edir, Azərbaycanda isə itirilmiş əşya həmin gün tapılmadıqda polisdən narazılıq edirlər, amma hər kəs əmin olur ki, 3-5 günə cinayətin üstü açılacaq.”
Yazinin bu hissəsini bir yerli portalda gedən məqalədən götürmüşük. Düzü yazılanların həqiqət olmasını istərdik. Lakin son zamanlar bunun tam əksini görürük.
Polis sankı cinayətkarın tapılmasında maraqlı deyil, yaxud bir başqa səbəb olur.
Azerinfo.tv redaksiyasına müraciət edən Yasamal rayonu , M.Muxtarov ev115,ev4 –də yaşayan Əhmədova Cəvahir Cahangir qızı bildiroir ki, onun evini soyan şəxslərlə polis əlbirdir.
Şikayətçi xanımın Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə,
Azərbaycan Respublikası Baş Prokuroru cənab Kamran Əliyevə, daxili işlər naziri Vilayət Eyvazova müraciətini olduğu kimi dərc edirik:
“Yazıb Sizə bildirirəm ki, 12.08. 2020 –ci ildə saat 18 radələrində cörək almaq üçün mağazaya getmişdim.Təxminən yarım saat ləngidim. Evə qayıdıb içəri girəndə evin əşyalarının dağlmış vəziyyətdə gördüm.Öğlumu çağırdım.Evə baxış keçirəndə gördüm ki,evimdə mənə məxsus qızıl zinət əşyaları ,(1 kiloqram qızıl) 17000 ABŞ dolları , 370 ədəd 100 manatlıq ,56 ədəd 200 AZN pul əskinazları , 800 manat isə pensiya pulum, 6 ədəd təzə mobil telefon aparılmışdır.800 manatlıq planşetimi də o cümlədən .Oğluma məxsus 1700 manat dəyərində olan qol saatını da oğurlayıblar.Dərhal 102 xidmətinə məlumat verdim. Polis gəldi, baxdı getdi vəssalam.
Yalnız əl izlərini götürdü .Üstündən 7 gün sonra avqustun 19 – u evimə təkrar girdilər.Bu dəfə 500 manat dəyərində olan 1 telefon və mən işlətdiyim “Nokia” telefonumu , 1 kişi saatı ,1500 pul və 3 qızıl üzük götürdülər.Yenə 102- yə müraciət etdim.Yenə gəlib yazdılar getdilər.Vəssalam!!!
Mən onlara Rahim adlı cavan oğlandan şübhələndiyimi dedim.O narkomandır, Hacıqabulda yaşayır.Onun xalası oğlu da narkomandır ,mənim qonşuluğumda yaşayır. Rahimi 3 gündən sonra gətirdilər, o cinayəti boynuna aldı. Lakin ondan oğulanmış əşyalarımı soruşanda dedi ki, bibi hər şeyin durur , hamsını qaytaracağam. Lakin mənə heç nə qaytarmadılar.Oğlanla təklikdə qalanda mənə bütün əşyalarımı qaytaracağına söz vermişdi.Lakin ona nə pıçıldadılarsa ,sonradan qızıllarımı guya Ramin adlı dostuna verdiyini bildirdi. Mənə maraqlıdır ki, bu oyunu kim qurub.? Niyə şübhəli şəxsləri polis çağırıb dindirmir. Görəsən onların hansı maraqları var? Müstəntiq Valeh mənə deyir ki, oğurlanan əşyalar heç vaxt geri qaytarılmır.Get
hara istəyirsən şikayət et. Dedikləri Ramin Xırdalanda yaşayır.Guya polis onu axtarır tapa bilmir. Gah da müstəntiq deyir ki, Ramin ölüb.Mənə bir şey maraqlıdır ki,mənim qızıllarımın tapılmasında polis niyə maraqlı deyil???? Bu məndə polisə qarşı böyük şübhə doğurur. Görünür qızıllarımı oğrularla bölüblər.Elə olmasaydı mənə gündə bir nağıl danışmazdılar.Gah Ramil ölür, gah da dirilir.Şübhəli şəxs kimi dindirilməli adamlar çoxdur. Lakin polis bunu etmir.Niyə? Bu polislərəmi güvənirik? Yoxsa Sizdə təcrübəli kadrlar yoxdur? Onun nəticəsidir ki, evimə bir həftədən sonra oğrular təkrar girdilər, evimi soydular.Artıq polisdə nə etibar, nə də əvvəlki nüfuz qalıb.Polisin müstəntiqi Valehə dedim ki, oğrunu da mən tapdım.O isə mənə deyir ki,özün də tutub gətirərdin bura. Mənim bir əlacım qalıb.Gedib səfirlikdə oturub Azərbaycan vətəndaşlığından imtina etmək.Mənim polisim məni deyil , oğruları himayə edir, oğurlanan mallar isə onlarla bərabər bölünür. Xahiş edirəm ki, mənim evimdən oğurlanan qızıl və pullarımın qaytarılmasına kömək edəsiniz.O pullar və qızılları mənim və rəhmətlik yoldaşımın illərlə qənaət edib yığdığımız pullar idi. Bildirirəm ki. mən tənha qadınam.Ərim rəhmətə gedib, bir əlil oğlum , özüm də 2 ci qrup əliləm. Xahiş edirəm mənə kömək edin.”