Sep 09

QALMAQALLI “SIPARK INŞAAT” TIKINTI ŞIRKƏTI YENƏ VƏTƏNDAŞLARI ALDADIR?!

Bir qrup vətəndaş Sipark (əsl adı Evrostroy-S.S MMC)-dən şikayət edirlər.

Şikaytçilər yazırlar:

Şikayətimiz Sipark (əsl adı Evrostroy-S.S MMC) şirkətindəndir.Bizi 2017-ci ildə oktyabr ayında pilot layihə adı ilə yaşadığımız Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrindən köçürdülər ki, 20 aya sizə yeni binalar tikib mənzilər təhvil verəcəyik.

Müqavilə öhdəliklərinə əmək etməyən şirkət öz müqaviləsinin 2.2.5-ci maddəsini pozaraq bizi köçürə bilmədi. Daha sonra yeni müqavilə imzalamağa dəvət edən Sipark şirkəti indi isə ərazinin tikintisini demək olar aparmır.

Dəfələrlə şirkətə bu barədə edilən iradlar, şikayətlər və dövlət qurumlarına müvafiq şikayətlər cavabsız qalıb.
Ərazidə bizdən başqa olan pilot layihələr bizim söküntümüzdən sonra belə gec köçürülməsinə baxmayaraq artıq onların binaları yekunlaşma mərhələsindədir və yeni ilin ilk aylarında hətta bəziləri sakinlərin istifadəsinə veriləcək.’

Tanıdığımız insanlardan neçəsi bu problemin mənəvi və psixoloji sarsıntılarından dolayı vəfat ediblər. Biz nə vaxta kimi kirayələrdə sürünəcəyik, evimizə köçməyəcəyik?!

Daha sonra şikayətçi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğuna bir qrup sakin tərəfindən şikayət ünvanlayıb. Şikayəti oxuculara təqdim edirik: 

Sizin vasitənizlə aşağıda qeyd etdiyimiz dövlət orqanlarına şikayət edirik:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi
Azərbaycan Respublikasının Baş Prokurorluğu

Bakı şəhəri, Nərimanov rayonu Təbriz, F.Məmmədov və K.Kazımzadə küçəsinin sakinləri adından

Hörmətli cənab Vilayət Eyvazov
Hörmətli cənab Kamran Əliyev

Biz 2017-ci ilin oktyabr ayından yaşadığımız ərazidən Evrostroy-S.S MMC (Sipark) şirkəti tərəfindən pilot layihə olaraq müqavilə əsasında 20 aylığına kirayələrə köçürüldük.

Lakin şirkət 20 ay müddətin də tikintini özlərinə məlum olan səbəblərdən yekunlaşdıra bilmədilər və yeni müqavilə imzalatdırdılar.Bundan başqa kirayə pullarının verilməsində ciddi problemlər yaşayırıq.

Həmin ərazinin yaxınlığında yerləşən digər pilot layihələrdə tikinti tam sürətlə davam edir və çox güman ki, bu ilin sonunda onlardan bir neçəsi artıq sakinlərə təhvil veriləcək Qonşularımızdan bir neçə nəfər bu problemlərin mənəvi və psixoloji sarsıntılarına tab gətirməyərək vəfat etdilər.

İndi isə şirkət daxilindən sızan məlumata əsasən şirkətin şərikləri problemlərə görə ölkə xaricinə qaçıblar.Son qalan sahibi isə biletlərini alaraq qaçmağa hazırlaşır.

Hörmətli cənab baş prokuror
Hörmətli cənab nazir

Biz sakinlər olaraq qanuna müvafiq qayda da şirkətin bizim tikintidən kənarlaşdırılaraq, başqa bir şirkətlə əvəz olunmasına və baş vermiş qanun pozuntularını araşdıraraq şirkət rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunmalarını Sizdən xahiş edirik.

Hörmətlə,

1.Mircəfərova Həcər Seyidhüseyn qızı
2.Həsənova Nuriyyə Rəhim qızı
3.Şirinov Nüsrət Şirin oğlu
4.Şirinov Şirin Nüsrət oğlu
5.Şirinova Rəna Nüsrət qızı
6.Şirinova Qızılgül İsa qızı
7.Ağayeva Ruhəngiz Ələkbər qızı
8.Cəfərova Lamiyə Telman qızı
9.Həsənova Günay Bəyzadə qızı
10.Əliyeva İlhamə Eyvaz qızı
11.Yaqubova Xuraman Saday qızı
12.Quliyeva Nigar Fəxrəddin qızı
13.Şirinova Lalə Nüsrət qızı
14.Babayev Nurullah Süleyman oğlu
15.Babayeva Kəmalə Əli qızı
16.Babayev İlkin Nurullah oğlu
17.Babayev Elgün Nurullah oğlu
18.Zeylanova Pakizə Fehruz qızı
19.İsmayılova İradə Ömər qızı
20.Yaqubova Leyla Rafiq qızı
21.Yaqubov Çingiz Rafiq oğlu
22.Mustafayev Zaur Ələsgər oğlu
23.Zeynalov Zahid Zeynal oğlu
24.Quliyev Cəmaləddin Qasım oğlu
25.Manafov Elman Vəli oğlu
26.Cəhdinicat Sona Eyyub qızı
27.Manafov Rafael Elman oğlu
28.Yusifov Namiq Səlim oğlu
29.Yusifov Səlim Vəli oğlu
30.Yusifova Qəmər Əvəz qızı

P.S. Məsələ ilə bağlı “Sipark İnşaat” tikinti şirkətinində münasibətin ictimailəşdirməyə hazırıq. 

milletinsesi.info

 

Bənzər xəbərlər

Gündəm

0.025511026382446