Sep 08

Ağsu polisindən ŞİKAYƏT “Müsahibə verdik,müxalifətçisiz deyib təqibə başladılar “-VİDEO

Hadisə Ağsu rayonunda baş verib. Qəmbərov Müğbil Malik oğlu və onun bibisi oğlu Zeynalov Mikayıl Ağaxan oğlu polis rəisinin vəzifə səlahiyyətlərini aşmasına irad bildirən müsahibə veriblər. Elə bütün hadisələr də o gündən başlayıb. Müsahibə verdikləri üçün onları müxalifətçi adlandıraraq təqibə start veriblər
M.Qəmbərov AzTimes.az-a müraciət edərək bildirir ki, 07.09.2020 çi il tarixdə onun atası Qəmbərov Malik və bibisi oğlu Təhsil şöbəsinə dəvət edilmək adı ilə evdən çıxarılaraq Ağsu rayob Polis Şöbəsinə aparılıb. Atası bir neçə saat sonra azad edilsə də bibisi oğlu M.Zeynalov işgəncəyə məruz qalıb. Vətəndaş iddia edir ki, M. Zeynalovun qabırğası sındırılıb başı yarılsa da əraziyə çağırılmış 102 xidmətinə müdaxiləyə icazə verilməyib. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən yönləndirilmiş suala cavab olaraq bildirildi ki, vətəndaş təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün polisin xəbərdarlığına itaətsizlik etdiyi üçün saxlanılıb:

Bənzər xəbərlər

Gündəm

0.016738891601562