May 17

İstanbul danışıqları: Putinə risk etdi və Trampdan hədiyyə aldı

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın sülh danışıqlarını ləngitməklə və daha sonra özünün Türkiydə başlatdığı danışıqlarda iştirak etməkdən imtina etməklə böyük riskə getdi.

Ölkə. Az xəbər verir ki, bu barədə “Fiancial Times” yazır. 

Nəşrin yazdığına görə, Putin indiyədək başqaları tərəfindən edilən şərtlərdən imtinası çox az müqavimətlə üzləşdiyindən, onu güzəştlərə məcbur etmək və ya müharibəsinin gedişatını dəyişdirməyə kifayət etməyib.

Bunun ən bariz nümunsəi ABŞ prezidenti Donald Trampın cümə axşamı Putinin İstanbulda danışıqlarda iştirak etməməsinə  laqeyd yanaşmasıdır. Əksinə, Tramp danışıqlara şübhə ilə yanaşaraq deyib ki, Putinlə görüşüm baş tutmayanadək heç nə olmayacaq.

Nəşr qeyd edir ki, bu, çoxdan Trampla şəxsi görüş istəyən Putinə hədiyyə idi. Bu isə Ukrayna üçün ən pis ssenarilərdən biridir. “Tramp Ukraynanın üzərindən Putinlə sövdələşməyə çalışacaq və Ukraynanı proseslərin gedişində satacaq”, - FT yazır.

Nəşrin yazdığına görə, Putin Trampı guya Ukraynada sülhə nail olmaq üçün əlindən gələni edib inandırmağa çalışır. “Artıq Tramp da bu tələyə düşüb”, - FT qeyd edib.

Nəşrin qeyd etdiyi kimi, Putinin sülh danışıqlarında maraqlı görünmədiyi hətta Tramp administrasiyasında da aydın hiss olunmaqdadır. 

Nəşr onu da qeyd edib ki, Avropa liderləri də İstanbul görüşlərinin nəticələrindən məyus olduqlarını bildiriblər.

Mürtəza
Mozalan.az

Bənzər xəbərlər

Gündəm

0.03129506111145