"PKK-nın bütün qolları silahları təhvil verməlidir"

PKK terror təşkilatının bütün qolları silahları təhvil verməlidir.
“Mozalan.az ” xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çəlik “Habertürk”ün efirində deyib.
O bildirib ki, məsələ silahı atmaqdan yox, təhvil verməkdən gedir: “Çünki silahı atmaq passiv fəaliyyətdir”.
Ö.Çəlik əlavə edib ki, silahları təhvil vermək tələbi bütün terrorçulara aiddir.
Partiya rəsmisi qeyd edib ki, proses diqqətlə, bütün detalları ilə izlənilir: “Qətiyyətimizdən əl çəkmirik. Prosesi idarə etməklə yanaşı, həm də təxribatların qarşısını almalıyıq. Silahsızlanma məsələsi sözlə ifadə edilməməlidir, əməldə də özünü göstərməlidir.
Türkiyə Silahlı Qüvvələri və Milli Kəşfiyyat İdarəsi müvafiq mexanizmləri quracaq, lazımi işləri görəcək. Terrorçuların silahları təhvil verməsi bir neçə aydan çox çəkməməlidir. Əks halda təxribata şərait yarana bilər”.