May 15

KİV: Baş nazirin evinin yandırılmasının arxasında düşmən dövlət dayana bilər

Böyük Britaniya polisi ölkənin baş naziri Kir Starmerin evinin yandırılması ilə bağlı araşdırma aparır. Yanğının təşkilində düşmən dövlətin iştirak etməsi ehtimalı da istisna edilmir.

Mozalan.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "The Telegraph" məlumat verib.

"Terrorla mübarizə bölməsi baş nazirə qarşı törədilən yanğının arxasında düşmən dövlətin dayana biləcəyi ehtimalını araşdırır", - deyə məlumatda bildirilir.

Hazırda bu məlumatın rəsmi təsdiqi yoxdur. Polis hadisənin baş vermə səbəblərini araşdırmaqda davam edir.

Bənzər xəbərlər

Gündəm

0.027135133743286