May 09

Putin azərbaycanlı polkovniklə belə görüşdü - VİDEO

Rusiya Prezidenti Vladimir Putin mayın 9-da Qızıl Meydanda keçirilən Qələbə Paradına qatılan ölkələrin hərbçilərinin komandirləri ilə görüşüb.

Mozalan.az xəbər verir ki, mərasim zamanı Rusiya lideri Azərbaycan parad bölməsinin komandirini salamlayıb.

Paradda bölməmizə polkovnik-leytenant Samiq Məmmədov rəhbərlik edib.

Bütün hərbçilər kimi S.Məmmədov əvvəlcə özünü təqdim edib. Daha sonra V.Putin azərbaycanlı polkovnik-leytenantın əlini sıxaraq görüşüb.

Qeyd edək ki, Azərbaycan Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi şərəfinə keçirilən paradda xarici qoşunların kolonnasına rəhbərlik edərək öndə gedib.

Ümumilikdə təntənəli marşda 13 ölkədən parad bölmələri iştirak edib. 

Qızıl Meydanda keçirilən paradda Azərbaycan, Vyetnam, Belarus, Misir, Qazaxıstan, Çin, Qırğızıstan, Laos, Monqolustan, Myanma, Tacikistan, Türkmənistan və Özbəkistandan olan hərbi qulluqçular qatılıb.

Billurə Yunus

Bənzər xəbərlər

Gündəm

0.019967079162598