Rusiyanın 13 hava limanı bir gecədə uçuşları dayandırıb

Rusiyada gecə saatlarında uçuşlara məhdudiyyət qoyulan hava limanlarının sayı 13-ə çatıb.
Mozalan.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Rosaviatsiya nümayəndəsi Artem Korenyako teleqram kanalında məlumat verib.
Məhdudlaşdırıcı tədbirlər Moskva vaxtı ilə saat 5:40-dan etibarən qüvvədədir.
Məlumata görə, oxşar təhlükəsizlik tədbirləri Rusiya hava limanlarında pilotsuz uçan aparatların hücumları ilə bağlı hərbi əməliyyatlar fonunda tətbiq edilir. Moskva meri Sergey Sobyanin gecə saatlarında şəhərə doğru uçan 19 pilotsuz təyyarənin məhv edildiyini bildirib.
Həmidə İbrahimova