May 07

Kelloq: Kiyev 30 kilometrlik hərbisizləşdirilmiş zona yaratmaq istəyir

Kiyev hakimiyyəti hazırkı təmas xəttləri boyunca hərbi əməliyyatların dayandırılmasını, ardınca isə 30 kilometrlik hərbsizləşdirilmiş zonanın yaradılmasını istəyir.

Mozalan.az ” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq deyib.

“Ukraynalılar hazırkı mövqelərin dondurulmasını, atəşkəsin olmasını, sonra isə silahsızlaşdırılmış zona yaratmaq istəyirlər. Kiyev Ukrayna qoşunlarının 15 km geri çəkilməsi variantını nəzərdən keçirir və ABŞ-nin Rusiyanı da buna inandıracağını gözləyir. Bu, izlənilə bilən 30 kilometrlik zona yaradır”, - deyə o əlavə edib.

Bundan əlavə, Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kiyevin uzadılma ehtimalı ilə ən azı 30 gün müddətinə hərtərəfli atəşkəs yaratmaq istədiyini qeyd edib.

Onun sözlərinə görə, ABŞ-ın Ukrayna münaqişəsində atəşkəsə nail olmaq üçün real imkanları var və Vaşinqton buna yaxındır.

Bənzər xəbərlər

Gündəm

0.028126955032349