May 05

Filmlərə mövzu olan həbsxana yenidən açılır - FOTO

Filmlərə mövzu olan ABŞ-nin "Alkatraz" həbsxanası qatı cinayətkarlar üçün yenidən açılır.

Mozalan.az xəbər vrir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Federal Həbsxanalar Bürosuna göstəriş verib.

Sözügedən həbsxana Kaliforniya ştatının San-Fransisko şəhərində yerləşir və illərdir muzeyə çevrilib.

Tramp qeyd edib ki, ABŞ uzun müddətdir ki, zorakılıq tərəfdarı qatı cinayətkarlarla mübarizə aparır:

“Əvvəllər biz daha ciddi millət olanda ən təhlükəli cinayətkarları həbs etməkdən çəkinməzdik. Bu cinayətkarlara bir az daha dözməyəcəyik”.

Qeyd edək ki, ada ictimai turizm sahəsi kimi istifadə olunmağa başlayan 1973-cü ildən bəri hər il 1,5 milyon turisti qəbul edir. Qaçışın çox çətin olduğu həbsxana şəraitinə görə əsir düşərgəsinə bənzədilir.

Bu həbxana barədə “Escape from Alcatraz” (1979), “The Rock” (1996), “Murder in the First” (1995), “Birdman of Alcatraz” (1962) və s. filmlər çəkilib.

Billurə Yunus

Bənzər xəbərlər

Gündəm

0.019983053207397