Türkiyədə zəlzələ oldu

Türkiyənin Kütahya vilayətində zəlzələ baş verib.
Mozalan.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat paylaşıb.
Yeraltı təkanlar vilayətin Simav rayonunda qeydə alınıb.
Zəlzələnin gücü 4 bal olub. Bakı vaxtı ilə saat 03:53-də qeydə alınan zəlzələ yerin 12.55 kilometr dərinliyində baş verib.