ABŞ bu ölkə ilə sərhəddə yeni hərbi zona yaradır

ABŞ Meksika ilə sərhəddə yeni hərbi zonanın yaradılması təşəbbüsü ilə çıxış edir.
Mozalan.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, yeni hərbi zonanın uzunluğu 102 km-dir, Texas və Nyu-Meksiko ştatlarının sərhədlərindən şərqdə, El Paso bölgəsindəki ərazini əhatə edir.
Qeyd edilib ki, ABŞ hərbçilərinə miqrantları və sərhəd pozucularını saxlamaq imkanı veriləcək, bundan sonra saxlanılanlar Sərhəd Patruluna və ya digər hüquq-mühafizə orqanlarına təhvil veriləcək.
Aprel ayında Tramp administrasiyası Nyu-Meksiko ilə sərhədi boyunca 440 kvadrat kilometrlik zolağı “milli müdafiə zonası” elan edib.
Bundan əvvəl ABŞ-ın vitse-prezidenti J.D.Vens bildirib ki, ABŞ Meksikanı işğal etmək niyyətində deyil. O qeyd edib ki, ABŞ Meksika ilə münasibətləri pisləşdirmək istəmir və ümid edir ki, bu ölkənin hakimiyyət orqanları kartellərlə mübarizə üçün özləri tədbirlər görəcəklər. Bu yolla onlar həm Meksika, həm də Amerika xalqına kömək edəcəklər.