May 04

ABŞ fəlakətllə üzləşə bilər

ABŞ bu ilin yayında elektrik enerjisinin verilişində uzun fasilələrlə üzləşə bilər.

Mozalan.az xəbər verir ki, bunu ABŞ-nin daxili işlər naziri, enerji dominantlığı üzrə Milli Şuranın rəhbəri Duqlas Burqum deyib.

"ABŞ Prezidenti Donald Tramp elə ilk gün enerji sektorunda fövqəladə vəziyyət elan edib. ABŞ-də elektrik enerjisi istehsalı böyük problemlərlə üzləşib. Biz İspaniyada baş verənləri gördük. Həmin problem bu yay bizdə baş verə bilər, çünki keçmiş prezident Cozef Baydenin administrasiyası enerji sistemimiz üçün təhlükə yaradıb", - Burqum söyləyib.

Bundan əvvəl aprelin 28-də İspaniyada elektrik enerjisinin verilişində kütləvi fasilələr qeydə alınıb. Bu, ölkə tarixində ən böyük fasilədir.

Bənzər xəbərlər

Gündəm

0.020729064941406