ABŞ Ukrayna üçün Rusiyadan bunu tələb edəcək

ABŞ Moskva və Kiyev arasında imzalanmış sülh sazişinin bir hissəsi kimi Rusiyadan Ukraynanın öz ordusuna və müdafiə sənayesinə sahib olmaq hüququnu tanımasını tələb edəcək.
“Mozalan.az ” xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən “Bloomberg” yazıb.
“ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiya Prezidenti Vladimir Putinlə növbəti görüşdə bu məsələni qaldıracaq”, - nəşrdə vurğulanır.
Agentlik qeyd edir ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası hərbi münaqişəyə son qoymaq üçün bu yolla Kremldən, eləcə də Ukraynadan müəyyən güzəştlər əldə etməyə çalışır.