Polis oğruları tapmaqda maraqlı deyil-ŞİKAYƏT
Fakt üzrə başlanılmış istənilən cinayət işi üzrə qarşıya qoyulmuş vəzifə - cinayətin hansı zəmində kimə qarşı törədilməsi, hadisəni törətmiş şəxs və ya şəxslərin tapılması istiqamətində zəruri istintaq və əməliyyat - axtarış tədbirlərini həyata keçirilməsidir. Əvvəla polis əməkdaşları hadisə yerinə vaxtında gəlməli, yerə ətraflı və savadlı baxış keçirməli, iş üçün əhəmiyyət daşıyan maddi sübutları müəyyən edib götürməli, şahidləri vaxtında dindirməlidirlər. Cinayət işinin istintaqının dərhal başlanılması və törədilmiş cinayətin "isti izlər"lə açılması üçün zəruri əməliyyat - axtarış tədbirlərinin görülməsi həm də müvəffəqiyyəti təmin edən cəhətdir. Əlbəttə polis işçilərində lazımi səriştə, peşəkarlıq və təcrübənin olması da vacibdir. Adətən, cinayətkar törətdiyi əməli həyata keçirməzdən əvvəl, hər addımını ölçüb - biçir, izi itirməyə çalışır. Amma onun bütün ciddi - cəhdinə baxmayaraq iz hökmən qalır və peşəkar istintaqçı onu üzə çıxarır.
Ancaq bəzi hallarda polis əməkdaşları xırda saydıqları cinayət işlərinin açılmasında maraqlı olmurlar, yaxud laqeydlik nümayiş etdirirlər.
Azerinfo.tv bildirir ki, redaksiya vasitəsilə Azərbaycan Respublikası Baş Prokuroru Kamran Əliyevə, Daxili İşlər Naziri Vilayət Eyvazova, Bakı Şəhər Prokuroru İlqar Abbasova müraciət edən,
Sabunçu rayonu ,Elşən Mehdiyev 24/4 , ev 3 A-da yaşayan Ləzimov Əvəz Şakir oğlunun şikayəti bu qəbildəndir.
Onuin müraciətini olduğu kimi dərc edirik:
“
Ə R İ Z Ə
Hörmətli Cənab Prokuror!!!
Hörmətli Cənab Nazir!!!
Yazıb Sizə bildirirəm ki, mən yuxarıda göstərilən ünvanda kirayədə yaşayıram.
Ailə vəziyyətim ağır olduğu üçün günəmuzd işləyib , başımızı bir təhər saxlayırıq.
15.08.20 tarixdə səhər qapımda saxladığım , mənə məxsus olan 99-NU-213 nömrəli avtomobilimə yaxınlaşanda maşının qapısının sağ tərəfdən açıldığını gördüm.Maşının içi dağılmış,maşının maqnitafonu çıxarılmış,maşında qoyduğum pul qabı götürülmüşdü.Pul qabına qoyduğum , bir gün qabaq kartdan çəkdiyim ( çek var)500 man pul, maşınımın texpasportu, sürücülük vəsiqəsi ,Kapital Bankın kartı, 5 Evro,50 Rubl,5 lari oğurlanmışdır.Bununla bağlı mən 102 xidmətinə zəng edib məlumat verdim. Növbətçi hissənin 3 əməkdaşı gəlib məndən izahat götürdülər.Vəssalam!!! Sahə Müvəkkili 17 .08 tarixdə oradan keçəndə mən ona məsələni dedim. Onun məsələdən heç xəbəri yox idi. Qulaq asıb getdi.Vəssalam!!!
Hörmətli Baş Prokuror!!!
Hörmətli Nazir!!!
Ola bilsin ki, o pul kimlər üçünsə qəpik qurudur. Lakin o pul xüsusilə bu karantin dövründə mənim üçün böyük puldür.500 manatı qardaşım mənə ehtiyacım olduğu üçün Rusiyadan kömək məqsədi ilə borc göndərmişdi. O pulu qazanmaq üçün aylarla yuxusuz gecələr keçirib onun-bunun nökərinə çevrilməliyəm.Polislərin isə məsələyə laqeyid yanaşması, mənim polislərə olan inamımı itirir.Onlar dövlətdən maaş alırlar.Xalqa xidmət etmək,təhlükəsizliyimizi təmin etmək üçün.Əgər mənə dəyən ziyanı onlar pul saymırlarsa qoy mənim pulumu onlar öz ciblərindən versinlər.Evimin qabağında obyekt var, orada kamerada quraşdırılıb. Əgər Polisin könlündən keçsə 5 dəqiqəyə o oğrunu tapar!!! Əgər İstəsə!!!
Hörmətli Nazir!!!!
Mən Sizə güvənirəm!!!
Xahiş edirəm kömək edin!!!!
Oğru tapılsın, cinayət məsuliyyətinə cəlb edilsin, mənə dəyən ziyan ödənilsin!!!
İmza: Ləzimov Əzim Şakir oğlu”
,