Apr 18

Yay istirahəti neçəyə başa gələcək? - Ölkələr və QİYMƏTLƏR

Yay mövsümünün yaxınlaşması ilə istirahət planları da gündəmə gəlir. 2025-ci ilin yayında isə həm regionda, həm də Avropada müxtəlif istiqamətlərə səyahət etməyə olan tələbat yüksəkdir.

Bəs bu yay xaricə çıxmaq istəyən bir vətəndaş üçün təxmini nə qədər büdcə tələb olunur? 

Mozalan.az Sfera.az-a istinadən xəbər verir ki, tur paketləri, fərdi planlama, vizalar, yaşayış və gündəlik xərclər daxil olmaqla, ən çox üstünlük verilən beş istiqamət üzrə ortalama qiymətləri təqdim edirik:

Türkiyə 

Azərbaycanlı turistlərin ən çox üz tutduğu istiqamətlərdən biri Türkiyədir. İstanbulda mədəniyyət və alış-veriş, Antalyada isə dəniz və günəş istirahəti ön plandadır.
   •    Aviabilet: 300–450 AZN
    •    Yaşayış: 40–80 AZN/gün (orta səviyyəli otellər və airbnb)
    •    Gündəlik xərclər: 30–50 AZN
Ümumi xərc (7 gün): 850 – 1350 AZN

Gürcüstan 

Vizaya ehtiyac olmayan Gürcüstan həm iqtisadi, həm də mədəni istirahət üçün münasib seçimdir. Xüsusilə Batumi yay aylarında qonaqların əsas ünvanıdır.

    •    Nəqliyyat: 100–200 AZN
    •    Yaşayış və xərclər: 250–400 AZN

Ümumi xərc (5 gün): 350 – 600 AZN

BƏƏ 

Dubayda yay mövsümü çox isti keçsə də, endirimli tur paketləri və alış-veriş fürsətləri sayəsində istirahət etmək istəyənlərin sayı azalmır.

   •    Aviabilet: 500–700 AZN
    •    Viza: 120 AZN
    •    Yaşayış: 70–130 AZN/gün
    •    Gündəlik xərclər: 50–70 AZN

Ümumi xərc (7 gün): 1450 – 2300 AZN

Avropa 

İtaliya, İspaniya və Fransaya yay səyahəti daha çox mədəniyyət və tarix sevərlərin seçimidir. Bu istiqamət maliyyə baxımından nisbətən baha olsa da, yüksək maraqla qarşılanır.  

 •    Aviabilet: 550–850 AZN
    •    Şengen vizası: 145 AZN
    •    Yaşayış: 70–120 AZN/gün
    •    Gündəlik xərclər: 50–70 AZN/gün

Ümumi xərc (7 gün): 1500 – 2400 AZN

Misir 

Misirə yay aylarında təşkil olunan tur paketlərə çox vaxt aviabilet, otel və gündəlik yemək daxil olur. Şarm əl-Şeyx və Hurqada bu yay da populyarlığını qoruyacaq.
    •    Tur paketləri: 900–1400 AZN
    •    Əlavə xərclər: 100–200 AZN (ekskursiyalar, alış-veriş)

Ümumi xərc (6 gün): 1000 – 1600 AZN

Qeyd edək ki, qiymətlər səyahət tarixindən, bron olunan otelin səviyyəsindən və şəxsi xərclərdən asılı olaraq dəyişə bilər. Ən sərfəli qiymətləri əldə etmək üçün erkən rezervasiya və kampaniyalardan istifadə tövsiyə olunur.

Bənzər xəbərlər

Gündəm

0.026571035385132