Tailandda 30-dan çox sərnişini olan gəzinti kateri partlayıb

Tailandda Mayton adası yaxınlığında göyərtəsində 31 sərnişin olan gəzinti kateri partlayıb.
Mozalan.az bu barədə "Reuters"ə istinadla xəbər verir.
Bildirilir ki, gəmidə rusiyalı və qazaxıstanlı turistlər olublar. Hadisə nəticəsində bir rusiyalı yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Qeyd olunur ki, partlayış anında digər turistlər suda olduğundan onlar ciddi xəsarət almayıblar.
Hadisənin başvermə səbəbləri araşdırılır.