Malayziya sularında 11 İran tankeri: 17 milyon barel neft limanda gözləyir

ABŞ-nin sərt sanksiyaları altında olan azı 11 İran tankeri Malayziyanın yaxınlığındakı sularda lövbər ataraq gözləmə mövqeyinə keçib.
"Azad İran" "Telegram" kanalının yaydığı xəbərə görə, bu tankerlərdən bəziləri artıq bir aydan çoxdur ki, neft tranzit məntəqəsində dayanıb.
"Təxminən 17 milyon barel neft daşıyan tankerlər Malayziya yarımadasının şərqindəki ərazidə saxlanılıb", - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, bu vəziyyət İranın Çinə neft nəqlinin yavaşlamasına səbəb ola bilər.