Jul 13

Kərkükdə həyəcan siqnalı: Səhiyyə sistemi böhrana uğradı

Türkiyənin koronavirusla mübarizədə istifadə olunmaq üçün böyük miqdarda tibbi avadanlıqla kömək etdiyi İraqın türkmən şəhəri Kərkükdə səhiyyə sistemi böhrana uğradı. Şəhərdə yoluxma sayının həddindən çox artması, xəstəxanaların tibbi yetərsizliyi narahatçılıq doğurur. İraq Türkmən Cəbhəsi keçmiş Türkiyə təmsilçisi və İcraiyyə Komitəsinin üzvü Hicran Kazancı 2020-ci il fevral ayının sonuna qədər Kərkük səhiyyə təşkilatının müdiri olan türkmən mənşəli, təcrübəli Dr. Kərim Vəlinin vəzifəsindən istifadə etməsi ilə Kərkükdə bu krizisin başlandığı bildirilir.
Teref.az yazır ki, saytımıza göndərilən məqalədə müəllif həyacan təbili çalaraq davam edir, hal-hazırkı problemləri ifadə edən Kazancı Dr. Kərim Vəli vaxtında tətbiq olunan elmi fundamental mübarizə üsullarının tətbiqindən uzaqlaşılması ilə birlikdə virusun yoluxma sürətinin artdığını və nəticədə tibbi müdaxilə üsullarında çatışmazlıqların meydana gəldiyini bildirdi.
Tibbi material çatışmazlığı son həddə
Hicran Kazancı hal-hazırda Kərkük xəstəxanalarında cihaz, tibbi avadanlıq, tibb personalı və tibbi materiallar sahəsində böyük problemlər olduğunu söylədi. Əvvəllər COVID-19 məsələsindəki təşəbbüsü öz üzərinə götürən İraq Səhiyyə Nazirliyi ilə bir başa fəaliyyət göstərən Dr. Vəlinin təqaüd adı ilə istefa verməsi şəhər üçün böyük problem yaratdı. Onun yerinə 1 Mart 2020 tarixində yerli rəhbərlikdə türkmən kontenjanı olmasına baxmayaraq Kərkük valisi Rakan Saidin ixtisasca farmasevt olan bacısı oğlu bu vəzifəyə gətirildi. Bununla da virusla mübarizə prosesi valiliyin əlinə keçdi.
Büdcənin dağıdılması
İTC keçmiş Türkiyə təmsilçisi Hicran Kazancı Kərkükdə meydana gələn səhiyyə krizisini bu sözlərlə ifadə etti:
“Bağdad tərəfindən Kərkük səhiyyə təşkilatına verilən 4 milyard İraq dinarına rəğmən bu günə qədər tənəffüs cihazı, müəyyənetmə testləri kimi vacib heç bir tibbi material alınmamışdır. Ticarət məqsədilə yüksək qiymətlərlə xaricdən alınan test cihazlarının səhv nəticə vermələri ortaya çıxmışdır. Şəhərdə bu günə qədər tam təchizatlı karantin xəstəxanasının olmaması vəziyyətin nə qədər pis olduğunu ortaya qoyur.”
Testlərin yarısı pozitiv nəticə verir
Kərkükdə son vaxtlar həyata keçirilən günlük test sayının 120-130 arasında olduğu bildirilir. Bu gün üçün günlük 50-55 nəfərin test nəticəsi pozitiv çıxır və bu günlük test olunan şəxslərin 50 faizinin yoluxmuş olması deməkdir. Bu fakt Kərkükün gedərək ağırlaşan koronavirus vəziyyətini ortaya qoymaqdadır.
Krizis qrupunda tibb mütəxəssisi yoxdur
Kərkükdə virus ilə mübarizə aparan elmi təşkilat və ya ona bənzər bir quruluş yoxdur. Kərkük valisinin rəhbərliyi ilə bir krizis qrupu fəaliyyət göstərir. Bu qrup vali, vali köməkçisi, valinin mətbuat xidməti rəhbəri, Kərkük millət vəkilləri, Kərkük təhlükəsizlik və polis müdirlərindən ibarətdir. Qrupun tərkibində Kərkük universiteti rektoru, onun köməkçisi və digər tibb mütəxəssisləri yoxdur. Bütün qərarlar bu qrup tərəfindən verilir. Hicran Kazancı Kərkükün yenidən qurulması üçün valiliyə verilən 500 milyon dolların qəbul edilmiş səhv qərarlara reaksiya verməyən və hətta bundan pay alan şəxslər səbəbilə bu nəticələrin ortaya çıxdığını ifadə etdi. Kazancı “bu maliyyə qaynaqlarını bölüşmək və gəlir əldə etmək yerinə koronavirusla mübarizəyə sərf edilsəydi, bu gün Kərküklülər panika və qorxu içində olmayacaqdı” dedi.
Azər Yusifoğlu
Teref.az

Bənzər xəbərlər

Gündəm

0.26375198364258