Mar 19

Fahrettin Altun: "Məhkəməyə hörmət edəcək və böhtan kampaniyalarına qarşı çıxacağıq"

Türkiyə Prezident Aparatının Kommunikasiya şöbəsinin başçısı Fahrettin Altun İstanbul bələdiyyə başçısı Ekrem İmamoğlunun saxlanıldığı cinayət işi ilə bağlı əhəmiyyətli açıqlamalar verib.

Mozalan.az "Haber Global"a istinadən xəbər verir ki, Altun sosial mediadakı açıqlamasında İstanbul baş prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində bəzi şəxslərin saxlanılmasından sonra müəyyən dairələrin siyasi və ideoloji səbəblərlə bu prosesi mənfi istiqamətə yönəltmək cəhdlərinin olduğunu bildirib.

"İstintaqın detallarını bilmədən edilən şərhlərdə prezidentimizə qarşı haqsız böhtanlar atıldığını görürük", - deyən Altun müstəqil məhkəmənin verəcəyi hər hansı qərara hörmət edilməsi lazım olduğunu xatırladıb.

Bundan əlavə, dezinformasiya ilə mübarizəni davam etdirəcəklərini bildirən Altun vətəndaşların təsdiqlənməmiş və şübhəli məzmunlara qarşı diqqətli olmalarını, rəsmi qurumların açıqlamalarına etibar etmələrini xahiş edib.

Bənzər xəbərlər

Gündəm

0.019767999649048