Mar 19

Bərdədə İNTİHAR: Gənc qız özünü kanala atdı

Bərdədə gənc qız intihar edib.

Mozalan.az-ın əldə etdiyi məlumata görə, o, intihar məqsədilə özünü su kanalına atıb.

Fövqəladə Hallar Nazirliyindən Mozalan.az-a bildirilib ki, Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində bir nəfərin batması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda batdığı ehtimal olunan 2008-ci təvəllüdlü Gülçin Cəfər qızı Xəlilovanın axtarışları FHN-in qüvvələri tərəfindən davam etdirilir.

Bənzər xəbərlər

Gündəm

0.028966903686523