Qəzza zolağında gərginlik: Ölənlərin sayı 350 nəfəri keçdi

İsrail Müdafiə Qüvvələrinin zərbələri nəticəsində Qəzzada ölənlərin sayı 356 nəfərə çatıb.
Mozalan.az xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.
Qeyd olunub ki, İsrail Ordusu İsraillə sərhəddə yerləşən rayonların sakinlərini anklavın dərinliklərinə təxliyə olmağa çağırıb.
İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 308 nəfərə çatıb.
Mozalan.az "Əl Cəzirə"ya istinadən xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat verib.
Qeyd olunur ki, ölənlərin əksəriyyətinin, yəni anklavın cənubunda yerləşən yaşayış məntəqələrinin sakinləri olduğu bildirilir.
Bu gün İsrail Müdafiə Ordusu (SAXAL) Qəzzada HƏMAS-a qarşı hərbi əməliyyatları bərpa edib.
Mozalan.az xəbər verir ki, bu barədə "Əl Cəzirə" telekanalı məlumat yayıb.
Bildirilib ki, HƏMAS-ın obyektlərinə silsilə zərbələr endirib.
Hücum nəticəsində Qəzzada azı 232 nəfər həlak olub. Ölənlər arasında qadın və uşaqların olduğu deyilir.