Gürcüstan Azərbaycan və Ermənistan arasındakı razılaşmaları alqışladığını bəyan edib

Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan və Ermənistanın sülh sazişinin mətni üzrə danışıqların başa çatması ilə bağlı bəyanatını alqışlayır.
Mozalan.az xəbər verir ki, bu barədə Gürcüstanın xarici siyasət idarəsinin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"Ermənistan və Azərbaycan arasında sülh sazişi mətninin bütün 17 maddəsi üzrə danışıqların başa çatmasını alqışlayırıq. Bu, regionda dayanıqlı sülh və sabitliyə doğru tarixi addımdır!" - paylaşımda qeyd olunub.
???????? welcomes the conclusion of negotiations between ???????? and ???????? on all 17 articles of the Peace Agreement. A historic step toward lasting peace and stability in the region! @MFAofArmenia @AzerbaijanMFA
— MFA of Georgia (@MFAgovge) March 14, 2025