Mar 12

Rusiyada azərbaycanlı vəkil Paşayev məhkəmədə polislə dalaşıb, həbs müddəti uzadılıb

Dələduzluqda ittiham olunan azərbaycanəsilli keçmiş vəkil Elman Paşayev məhkəmədə konvoy əməkdaşı ilə mübahisə edib.

Bu barədə Mozalan.az "RİA Novosti"yə istinadla xəbər verir.

Konvoyun polis əməkdaşı keçmiş vəkili məhkəmə zalındakı barmaqlıqlara qədər müşayiət edəndə onlar arasında mübahisə düşüb. E.Paşayev qohumlarını salamlamaq qərarına gəlib və yerin az olması səbəbindən sözügedən polisi itələyib.

Konvoy əməkdaşı müttəhimi bu cür davranışın nəticələrinin olacağı barədə xəbərdarlıq edib. Əvəzində E.Paşayev taleyini qulluq göstərən polisin deyil, hakimin və müstəntiqin həll edəcəklərini deyərək ədəbsiz sözlər işlədib.

Tərəflər arasında sözlü atışma hakimin məhkəmə salonuna gəlməsinə qədər davam edib.

Məhkəmə "marafon kraliçası" Yelena Blinovskayanın əri Alekseyə qarşı dələduzluqda ittiham olunan E.Paşayevin həbs müddətinin mayın 15-dək uzadılması barədə qərar qəbul edib.

Xatırladaq ki, E.Paşayev 2024-cü ilin yazında dələduzluqda ittiham olunaraq həbs edilib. İstintaqın məlumatına görə, o, pul müqabilində A.Blinovskiyə və onun həyat yoldaşı - bloqer Yelena Blinovskayaya vergi ödəməmə ilə bağlı cinayət məsuliyyətindən azad olunmağı vəd edib. Bundan sonra o, aldadılmış ərdən ən azı 18.5 milyon rubl (təqribən 305 500 manat - red.) və 300 min dollar alıb.

Bənzər xəbərlər

Gündəm

0.022395133972168