Mar 11

Ukrayna ABŞ-nin atəşkəs təklifini qəbul edib

"Ukrayna ABŞ-nin 30 günlük atəşkəs təklifini qəbul edir".

Mozalan.az RBK-ya istinadla xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Ciddədə keçirilmiş danışıqların yekunları üzrə deyib.

"Ukrayna ABŞ-nin 30 günlük müvəqqəti atəşkəs rejiminin dərhal tətbiq edilməsi təklifini qəbul etməyə hazır olduğunu bildirib. Bir şərtlə ki, Rusiya təklifi qəbul etsin və eyni vaxtda yerinə yetirsin. Atəşkəs rejimi tərəflərin qarşılıqlı razılığı əsasında uzadıla bilər" , - məlumatda deyilir.

Onun sözlərinə görə, ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının verilməsindəki fasiləni aradan qaldıracaq və ölkəyə hərbi yardımı bərpa edəcək.

Həmçinin qeyd edilir ki, ABŞ və Ukrayna faydalı qazıntılar üzrə sazişi mümkün olduğu qədər tez bağlamaq barədə razılığa gəliblər.

Ukrayna və ABŞ arasında Səudiyyə Ərəbistanında keçirilən danışıqların birinci raundunda tərəflər dənizdə və havada atəşkəs, həmçinin mineral ehtiyatlar üzrə razılaşmanı müzakirə ediblər.

Mozalan.az xəbər verir ki, bu barədə mənbəyə istinadən "Suspilne" məlumat yayıb.

Qeyd olunur ki, hazırda ikinci tur keçirilir. Danışıqlarda iştirak edən Ukrayna liderinin Ofisinin rəhbəri Andrey Yermak bildirib ki, Kiyev amerikalı tərəfdaşları ilə konstruktiv, dərin söhbətə ümid edir.

Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Ukrayna münaqişəsinin həllini müzakirə edən danışıqların birinci mərhələsi başa çatıb.

Mozalan.az-ın məlumatına görə, bu barədə "Al Arabiya" telekanalı məlumat verib.

Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqlar başlayıb.

Mozalan.az-ın xəbərinə görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, görüşdə Ukrayna tərəfindən Zelenskinin Ofisinin rəhbəri Andrey Yermak, xarici işlər naziri Andrey Sibiqa və müdafiə naziri Rustem Umerov iştirak edirlər.

ABŞ nümayəndə heyətinə isə dövlət katibi Marko Rubio və ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Mayk Uolts başçılıq edir.

Qeyd edək ki, daha əvvəl bildirildiyinə görə, Kiyevin Rusiya ilə münaqişənin sülh yolu ilə həlli istiqamətində addımlar atmağa hazır olması danışıqların mövzularından biri olacaq.

Bənzər xəbərlər

Gündəm

0.02214789390564