Mar 11

Həkimlər Roma Papasının səhhəti barədə məlumat veriblər

Roma Papası Fransiski müalicə edən həkimlər artıq ölüm təhlükəsinin geridə qaldığını bildiriblər.

Mozalan.az bu barədə "Associated Press" agentliyinə istinadən xəbər verib.

Lakin həkimlər Papa Fransiski evə buraxmağa tələsmirlər və onu müalicə üçün daha bir neçə gün xəstəxanada saxlamağa qərar veriblər.

Qeyd olunur ki, hazırda Roma Papasının səhhəti stabildir. O, hələ də gündüzlər əlavə oksigen, gecələr isə ventilyator oksigen maskasından istifadə edir.

Bənzər xəbərlər

Gündəm

0.022320032119751