ABŞ-də miqrantlarla mübarizə məqsədi ilə mobil tətbiq istifadəyə verilib

ABŞ-nin Gömrük və Sərhəd Mühafizəsi İdarəsi ölkəyə qanunsuz mühacirət edənlərin ölkəni könüllü şəkildə tərk etməsinə imkan verən "CBP Home" mobil tətbiqi hazırlayıb.
Mozalan.az xarici KİV-ə istinadən xəbər verir ki, müvafiq məlumat idarənin saytında dərc olunub.
Məlumatda qeyd olunur ki, getmək istəyənlər barələrində sərt tədbirlərin həyata keçirilməsini istəmirlərsə, tətbiq vasitəsilə ölkəni rahatlıqla tərk edə bilərlər.
ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem əlavə edib ki, "CBP Home" tətbiqi miqrantlara gələcəkdə qanuni yolla ABŞ-yə qayıtmaq şansı da verəcək.
Xatırladaq ki, yanvarın 20-də andiçmə mərasimindən dərhal sonra ABŞ Prezidenti Donald Tramp qanunsuz miqrant axınının qarşısını almaq məqsədilə ABŞ-Meksika sərhədində fövqəladə vəziyyət elan edən sərəncam imzalayıb.