Mar 05

Rusiya Moldova səfirinə nota verdi: İzahat istənildi

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Moldova səfiri Lilian Dariyə nota təqdim edib.

Mozalan.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya XİN-dən bildiriblər.

Səfirdən Moldova Prezidenti Maya Sandunun Rusiyanın Kişinyovdakı səfirinin etimadnaməsini hələ də qəbul etməməsi ilə bağlı izahat tələb olunub.

XİN-in məlumatına görə, Moldova hələ 2024-cü ilin oktyabrında ölkəyə gəlmiş Rusiya səfiri Oleq Ozerovun etimadnaməsini qəbul etməyərək, 1961-ci il tarixli Vyana Konvensiyasını pozur.

Bənzər xəbərlər

Gündəm

0.02226185798645