Kazanda iki məktəblinin piyada zolağında vurulduğunu əks etdirən görüntü yayılıb

Rusiyanın Kazan şəhərində iki məktəblinin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntüsü yayılıb.
Mozalan.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Yol Polisi Dövlət Avtomobil Müfəttişliyi məlumat yayıb.
Qeyd olunur ki, "Lada Priora"nın sürücüsü nizamlanmayan piyada zolağında piyadalara yol verməyib və evə qayıdan 8 və 15 yaşlı iki məktəbli qızı vurub.
Zərərçəkənlər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.