Mask Zelenskini amerikalı jurnalisti öldürməkdə ittiham etdi

"Ukrayna həbsxanasında ölən amerikalı-çilili bloqer Qonsalo Liranın ölümündə Ukrayna Prezidenti Volodimir Zelenski günahkardır".
Mozalan.az-ın verdiyi məlumata görə, bu barədə milyarder İlon Mask bildirib.
"Zelenski amerikalı jurnalisti öldürdü!", - deyə Mask özünün sosial şəbəkə hesabından bəyan edib.
{{foto-token-5504758}}
Qonsalo Lira 1968-ci ildə Kaliforniyanın Burbank şəhərində anadan olub. ABŞ və Çili vətəndaşlığı olub, Xarkovda yaşayıb. Bloqer Rusiyanın Ukraynadakı hərbi əməliyyatını işıqlandırıb və Prezident Zelenskini tənqid edib.
2023-cü ilin mayında o, Ukrayna hüquq-mühafizə orqanları tərəfindən "Rusiya təcavüzünə haqq qazandırmaq" ittihamı ilə həbs edilib. Daha sonra o, zaminlə ev dustaqlığına buraxılıb. Həmin ilin iyulunda Macarıstana qaçmaq istəyərkən yenidən saxlanılıb.
O, 2024-cü il yanvarın 12-də həbsdə olarkən pnevmoniyadan vəfat edib.
Mask bloqerin ölümündən dəhşətə gəldiyini yazıb.