Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası başa çatıb

Bakıda Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasına yekun vurulub.
Mozalan.az xəbər verir ki, tədbirdə 35 nümayəndə heyəti, o cümlədən, ümumilikdə 280-ə yaxın qonaq iştirak edib.
Sessiya çərçivəsində bir sıra məsələlər müzakirə edilib.
Həmçinin bildirib ki, quruma 2026-2027-ci illər üçün Bəhreyn, 2027-2028-ci illər üçün isə İran sədrlik edəcək.
Yekunda Bakı Bəyannaməsi qəbul edilib.
Mərahim Nəsib