Feb 18

Dünyada qızılın qiyməti ilin sonuna kimi kəskin bahalaşa bilər

Dünyada bir unsiya qızılın qiyməti 2025-ci ilin sonuna kimi 3100 dollara qədər bahalaşa bilər.

Mozalan.az "Bloomberg" agentliyinə istinadla xəbər verir ki, bunu "Goldman Sachs" bankının analitikləri proqnozlaşdırırlar.

Ekspertlər hesab edirlər ki, bahalaşma müxtəlif ölkələrdə mərkəzi bankların qızıla tələbatının yüksəlməsi və bu metala yönəlik birja fondlarına sərmayə axınının artması ilə əlaqədar baş verəcək.

Qeyd edilir ki, qlobal iqtisadiyyatda qeyri-müəyyənlik davam edərsə, bir unsiya qızılın qiyməti 3300 dollara qədər yüksələ bilər.

Bənzər xəbərlər

Gündəm

0.020917177200317