Feb 18

ABŞ-də miqrantların işləri ilə məşğul olan hakimlər vəzifədən kənarlaşdırılırlar

ABŞ Ədliyyə Nazirliyi mühacirət ilə bağlı işlərlə məşğul olan bir neçə hakimi işdən azad edib.

Mozalan.az xəbər verir ki, bu barədə "NBC News" telekanalı öz mənbələrinə istinadla məlumat paylaşıb.

Telekanalın məlumatına əsasən, ABŞ Prezidenti Donald Trampın Administrasiyası işə başlayandan bəri immiqrasiya işləri üzrə məhkəmələrin 20-dən çox əməkdaşı işindən məhrum olub.

Bundan başqa, İmmiqrasiyaya Nəzarət üzrə İcraedici İdarənin müxtəlif səviyyəli ən azı doqquz rəhbəri tutduqları vəzifələrindən azad ediliblər.

Xatırladaq ki, D.Tramp mühacirət siyasətinin sərtləşdirilməli olduğuna dair dəfələrlə çıxış edib.

Bənzər xəbərlər

Gündəm

0.019324064254761