İsrail HƏMAS-ın Livandakı liderini öldürüb

İsrail Müdafiə Qüvvələrinə məxsus pilotsuz təyyarənin Livanın Sidon bölgəsində avtomobilə zərbə endirməsi nəticəsində HƏMAS-ın Livandakı hərbi qanadının lideri Məhəmməd Şahin öldürülüb.
Mozalan.az xarici KİV-ə istinadən xəbər verir ki, məlumatı İsrail ordusunun mətbuat xidməti də təsdiqləyib.
Məlumatda qeyd olunur ki, Məhəmməd Şahin HƏMAS-ın Livandakı fəaliyyətini koordinasiya edib.