Feb 16

Yeni nəsil hidrogen mühərriki hazırlanıb

"Toyota Motor" korporasiyası yeni yanacaq elementləri sisteminin hazırlandığını elan edib.

Mozalan.az auto.ru-ya istinadən xəbər verir ki, şirkətin öz təsnifatına görə, bu sistem üçüncü nəslə aiddir. Yeni enerji qurğuları yük və sərnişin daşımaları üçün, həmçinin stasionar elektrik generatorları kimi istifadə üçün nəzərdə tutulub. İstehsalçının bildirdiyinə görə, bu sistem əvvəlkiləri hər cəhətdən üstələyir.

"Toyota"nın yeni elektrokimyəvi generatoru əvvəlkindən daha yüngül, daha etibarlı və daha effektivdir. İstehsalçı qeyd edir ki, onun davamlılığı iki dəfə artıb və indi istismar müddətinə görə dizel enerji qurğuları ilə müqayisə oluna bilər. Yanacaq səmərəliliyi 1,2 dəfə, təmin olunan məsafə isə 20% artıb. Yanacaq elementlərinin dizaynında innovasiyalar və istehsal proseslərinin optimallaşdırılması sayəsində maya dəyəri də azadılıb.

Yeni hidrogen sistemi 19 fevralda Tokioda keçiriləcək H2 & FC EXPO sərgisində tam olaraq təqdim olunacaq. Artıq məlumdur ki, bu sistem yük maşınlarında, minik avtomobillərində, həmçinin gəmilərdə və dəmir yolu nəqliyyatında istifadə ediləcək.

Bənzər xəbərlər

Gündəm

0.029919147491455