Obama arvadına Cennifer Enistonla xəyanət edib? - İddialara paylaşımı ilə cavab verdi
![](/images/article/big/1739667604.0587.webp)
ABŞ-nin keçmiş Prezidenti Barak Obama məşhur aktrisa Cennifer Enistonla eşq yaşadığına dair yayılan iddialara paylaşdığı foto ilə cavab verib.
Bu barədə Mozalan.az "Sondakika.com"a istinadən xəbər verir.
Qeyd edək ki, Barak Obama ilə məşhur aktrisa Cennifer Eniston arasında münasibətin olduğu barədə hələ keçən ilin avqustundan söz-söhbətlər yayılıb, hətta Mişel Obamanın boşanma qərarı verdiyi də deyilmişdi.
Eniston qatıldığı Cimmi Kimmelin proqramında iddiaları təkzib edib, Obama ilə cəmi bir dəfə görüşdüyünü, hətta Mişeli ondan daha çox tanıdığını bildirmişdi.
Obama isə həyat yoldaşı ilə əl-ələ tutduğu fotonu paylaşaraq Mişel barəsində sevgi dolu sözlər yazmışdı.
Yaxın günlərdə bununla bağlı xəbərlər yenidən gündəmə gəlib və .
Barak Obama bu dəfə də Sevgililər Günü münasibətilə Mişel Obama ilə fotosunu paylaşıb və iddialara son qoyub.
"Otuz iki ildir birlikdəyik və hələ də nəfəsimi kəsirsən. Sevgililər Günün mübarək", - deyə Obama fotoya şərh yazıb.